• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1706
— 08.04.2024 20:15

4 ölkənin iştirakı ilə beynəlxalq turnir təşkil edilib

KepezTV Player

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, eyni zamanda Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Goranboyda cüdo üzrə beynəlxalq turnir keçirilib. Goranboy Olimpiya İdman Kompleksində reallaşan yarışda Azərbaycanla yanaşı Almaniya, Sloveniya və Qazaxıstanı təmsil edən kimano sahibləri tatami üzərinə çıxıblar. 600-ə yaxın yeniyetmə cüdoçunun mübarizə apardığı turnir 2 yaş qrupu üzrə baş tutub. 2 gün davam edən yarışın sonunda ilk 3 pillədə qərarlaşan cüdoçular təşkilat komitəsi tərəfindən diplom və medalla təltif ediliblər.

Orxan Cəfərzadə