• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 733
— 14.03.2024 10:22

Maraqlıdır

İngiltərəni əminliklə kütləvi idmanın vətəni adlandırmaq olar. Məhz  burada futbol, reqbi, kriket, tennis və bu kimi digər idman növlərinin qaydaları icad edilərək təsbit olunub. Bu ölkə özü idman növlərində elə də böyük uğur qazanmayıb, lakin İngiltərə futbol klublarının və idman meydançalarının adı dünyada çoxlarına məlumdur. Hətta  ingilislər dünyada hələ böyük populyarlıq qazanmamış xeyli sayda başqa  idman növləri də icad ediblər. Ola bilsin ki, nə vaxtsa onlar da populyarlıq qazanacaq. Təbii ki, futbolun da vətəni İngiltərədir. Burda geniş yayılmış futbol növündən biri də, suda futboldur. İngiltərənin qərbində, Cotswolds ərazisində kiçik bir kənd var.

100 ildən artıqdır ki, avqustun son günündə 5-6 nəfər hər birinin tərkibində olan iki komanda buradan axan çay sahilinə gəlir. Çayda futbol qapısı qurulur və elə çayın içində də oyun başlayır. Qaydalar adi futbol qaydalarına ümumilikdə bənzəsə də, bəzi fərqliliklər də var. Belə ki, oyunçuların qarşısında duran vəzifə qol vurmaqla yanaşı, tamaşanı seyr edən azarkeşlərə də su sıçratmaqdır. Şəhərdən axan Windrush adlı çay dərin deyil, su topuq səviyyəsindədir. Matç 30 dəqiqə davam edir. Azarkeşlər bu futbola tamaşa etmək üçün pul ödəyir və nəticədə, matçdan sonra paltarları yaş olur. Futbol klubu isə kiçik də olsa qazanc əldə edir.

Avtomobil qəzasının necə maraqlı olacağını dediyinizi, eşidən kimiyəm. Elə isə fikriniz məndə olsun. Deməli, İtaliyada 60-cı illərdə yolda iki avtomobil toqquşur. Bəxti gətirən sürücülərdən heç biri zədələnmir. Onlar bu yaxşı ötüşən hadisənin şərəfinə dost olmağı və gecəni yaxınlıqdakı  kafedə içki içib, sağlıq deməklə keçirməyi düşünürlər. Bir-birlərinin adlarını soruşan bu insanlar bir anlıq dəhşətə gəlirlər. Çünki bu insanların hər ikisinin adı və soyadı eyni olur. Djakomo Feliçe- bu ad italyan dilində tərcümədə “bəxti gətirən” mənasını verir.

Avropa İntibahına qədər köynək alt paltarı hesab olunurdu. Müəyyən mövqeyi olan insan üçün köynəyin görünməsi qeyri-məqbul sayılırdı. Lakin intibah dövrünün çiyinlərdə, sinədə və qolun altında bağlarla bağlamaq adətini nəzərə alsaq, ağ paltarının gizlədilməsi çətinləşməyə başladı. 1530-cu illərədəkk köynəyin boyun və biləkdə görünməsi qəbul olunan və dəbli hal hesab olunurdu. Bu hissələrdə paltar dar lentlə bağlanılırdı. 19-cu əsrin sonlarında köynəyi tam göstərmək artıq qəbul edilməyə başladı. O zamann köynəklərin hündür kraxmallı yaxalıqları var idi. Bu yaxalıqlar 1971-ci ildən qatlanaraq bugünkü formanı aldı.

Lalə Sadıqova

 

 

ƏTRAFLI...