« Geri

Kəpəz Müstəqil Teleradio Şirkəti

“Kəpəz” Müstəqil Teleradio Şirkəti Gəncə şəhərində fəaliyyət göstərir. Televiziyada əvvəlcə musiqili-əyləncəli proqramlar hazırlanıb. 4 iyun 2008-ci ildə “Kəpəz” televiziyasının təşkilat- hüquqi forması dəyişdirildi. Yeni inkişaf dövrünə qədəm basan televiziyada birinci iş yayım keyfiyyətini yaxşılaşdırmaq və kanalı yeni müasir avadanlıqlarla təchiz etmək oldu. Daha sonra televiziyada fəaliyyət üçün istedadlı gənclər işə cəlb olundu. Efirdə yeni simalar, tamaşaçılara isə maraqlı verilişlər təqdim edildi. Bu gün efirdə cəmiyyətdə aktuallığını saxlayan mövzularla yanaşı, hüquq, səhiyyə, mədəniyyət və tariximizlə bağlı maarifləndirici xarakterli verilişlər də yayımlanır. Hazırda kanal gün ərzində 18 saat efirdə olmaqla bir-birindən maraqlı, 30 veriliş və gündəlik «Bu gün» informasiya proqramı ilə efirə çıxır. Nəzərdə tutulan bütün verilişlər birbaşa insanların şüuruna, onların dünyagörüşünə və mədəniyyətinə təsir edəcək şəkildə tərtib olunur. Televiziyanın nəzdində 15 nəfərdən ibarət Dublyaj redaksiyası da fəaliyyət göstərir ki, bununla da öz ana dilimizdə ən son kinoların, cizgi və sənədli filmlərin səsləndirilməsi həyata keçirilərək, yayımlanır. 4 iyun 2009-cu ildə isə “Kəpəz” Televiziyası öz web saytını yaratdı. Telekanalın həmin gün istifadəyə verilən www.kepeztv.az saytı onun fəaliyyəti haqda bütün məlumatları özündə əks etdirir.

Şirkətin idarə heyyəti :

Kəpəz Müstəqil Teleradio Şirkətinin Baş Direktoru:

Cabarov Fuad Şamil oğlu 

Email: 
general.director@kepeztv.az

Proqram direktoru:

Hüseynov Samir Fuad oğlu

Email: 
samir.huseynov@kepeztv.az

Xüsusi layihələr departamentinin direktoru:

Babayeva Günel Namiq qızı

Email: 
gunel.babaeva@kepeztv.az

Xəbərlər xidmətinin direktoru:

Əliyev Rasim Əziz oğlu

Email: 
rasim.aziz@kepeztv.az

İT Xidmətinin rəisi :

Dərgahov Nofəl Elbrus oğlu

Email: 
nofel.dergahov@kepeztv.az

Baş mühəndis :

Abbasov Vüqar Ələkbər oğlu

Email: 
texnik@kepeztv.az

 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player