• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1039
— 22.11.2023 10:22

İranla sərhəddə silahdan istifadə olunub, 95 kq narkotikin keçirilməsinin qarşısı alınıb

KepezTV Player

“Horadiz” sərhəd dəstəsinin Beyləqanın Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması aşkarlanıb. Sərhəd pozucularının silahlı və onlardan birinin üzərində böyük bir kisədə yükün olması müşahidə edilib. Sərhəd naryadı tərəfindən "Dayan!” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Əmrə tabe olmayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, üzərlərindəki yükü ataraq əlverişsiz hava şəraitindən və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İran ərazisinə qaçıblar. Keçirilmiş sərhəd axtarışı nəticəsində ərazidə ümumi çəkisi 95 kiloqram 100 qram narkotik vasitə - 10 kq 100 qr metamfetamin, 85 kq tiryək aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.