• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1037
— 16.11.2023 10:17

Gənc saz ifaçısı

“Gəncəm” komandası olaraq fərqli istedadları tanıdırıq. Bugünkü istedadlı gəncimiz isə qədim sənət növünü yaşadan, saz ifaçısı Elvin bəydir. Elə isə onu tanımağın tam vaxtıdır.

Elvin Allahverdiyev- saz ifaçısı: “Məndə saza həvəs 11 yaşımdan yaranıb. İstedadımı məktəbdə müəllimim kəşf etdi. Bu sənət ailədən gəlmədir, babalarım saz ifaçısı olub. Saz çalmağı hər adam bacarmır. Dərinlikləri çoxdur”.

Saz, ulu Ozan sənətinin davamçısı olan aşıq və saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir. Saz, eyni zamanda türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir. Müsahibin də dediyi kimi, saz sənətinin dərinlikləri çoxdur və bunu hərkəs bacarmır.

Son olaraq Elvin bəy gələcək arzularından danışdı və gənclərə tövsiyə verməyi unutmadı.

Elvin Allahverdiyev- saz ifaçısı: “Sazla bağlı planlarım çoxdur. Onlardan biri də saz  müəllimi kimi fəaliyyət göstərməkdir. Və reallaşdırmaq üçün əlimdən gələni edirəm. Gənclərə tövsiyəm odur ki, bacardıqları qədər incəsənətlə məşğul olsunlar. İncəsənətlə məşğul olmaq, insanın ruhunu qidalandırır”.

Fidan Qədimova

 

ƏTRAFLI...