• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1021
— 15.11.2023 10:20

Futbol üzrə məşqçi

Az hərəkətli həyat tərzi insanın tez yorulmasına, əhval-ruhiyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Bunun əksinə, fiziki iş görmək, idman hərəkətləri etmək sağlam olmaq üçün ən əsas cəhdlərdəndir. Elə bu dəfə də gənclərin aktivliyini təmin edən və sevilən idman növlərindən olan futbol haqqında bilmədiklərimizi öyrənməyə gəldik. Gənc məşqçimiz əvvəlcə nə vaxt bu idman növünə həvəsinin yarandığından  və məşqçi olmağa necə qərar verdiyindən danışdı.

Hikmət Verdiyev– futbol üzrə məşqçi: “2010-cu ildə atamın sayəsində futbola həvəsim yarandı. 2011-ci ildə biz Azərbaycan çempionu olduq. Daha sonra mən Bakıya başqa qrupa transfer oldum. 16, 17, 19 milliyə kimi dəvət aldım. Lakın daha sonra hər iki dizimdən əməliyyat olduğum üçün futboldan uzaqlaşmaq məcburiyyətində qaldım. Hal-hazırda iki ildir, müəllim olaraq fəaliyyət göstərirəm”.

Yaxşı bilirik ki, hər bir işin asan və çətin tərəfləri olur. Bəzən yoruluruq, deyirik ki, “yox alınmır, bacarmıram”. Görək, müsahibimiz bu haqda nə düşünür.

Hikmət Verdiyev–  futbol üzrə məşqçi: “Əlbəttə ki, hər bir işin çətinliyi olur. Əgər uğur qazanmaq istəyiriksə, çətinliklərin öhdəsindən gəlməyi bacarmalıyıq. Müəllim tək bildiyini yox, ömrünü tələbələrin arasında paylayır. Hər bir gənci fərdi olaraq tərbiyələndirir, formalaşdırır və xalqa, cəmiyyətə təqdim edir”.

Hər birimizin fərqli idman növlərinə marağı var. Məsələn, mən futbolu da sevirəm, amma basketbolla məşğul olmağı daha üstün tuturam. Elə bu yerdə gənc müsahibimizə sual vermək istərdim ki, “futbolçu olmaq istəyən gənclərə hansı tövsiyələriniz olardı?”

Hikmət Verdiyev– futbol üzrə məşqçi: “6-10 yaş arası daha uyğundur və tövsiyəm odur ki, mən həmişə öz futbolçularıma da deyirəm, gün ərzində 1 saat 30 dəqiqə yaxud da 2 saat ərzində məşq eləməklə futbolçu olmur. Yəni, tək bununla kifayətlənmək olmaz. Həmçinin, qidalarına, yuxu rejimlərinə diqqət etməkləri vacibdir”.

İdmanla məşğul olmaq insanda öz gücünə inamı artırır. Siz özünüz də hiss edirsiniz ki, əhval-ruhiyyəniz və xarici görünüşünüz xeyli yaxşılaşıb. Hər bir insan bir səbəb tapıb idmanla məşğul olmağa başlamalıdır. Və təbii ki, başlamaq üçün heç vaxt gec deyil. Hər zaman deyildiyi kimi, sadəcə qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün, özümüz özümüzə şans yaratmalıyıq. Həmin o şandan isə vaxtında və düzgün şəkildə istifadə etmək vacibdir. Sonra gec ola bilər. Bu yolda sizə uğurlar!

 Lalə Bağırova

 

ƏTRAFLI...