• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1248
— 30.09.2023 20:56

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi aparılır

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib. Birinci mərhələdən keçə bilməyən abuturiyentlər üçün daha bir imkan yaradılıb. 

DİM-in Gəncə Regional bölməsinin müdiri Nəsimi Məmmədov: Qəbul olunduqdan sonra verilən vaxtda qeydiyyatdan keçib lazım olan sənədlərini həmin kollec və universtlərə təqdim etmirlər. Bu da həmin müddətdə həmin abuturiyentin ixtisadan imtina etməsi kimi qiymətləndirilir. Abuturiyentlər ixtisas seçimi zamanı diqqətli olmalıdırlar. Həmin ixtisasın mahiyyətini və onların ödəniş haqqını əvvəlcədən müəyyənləşdirməlidirlər ki, biz bu ixtisasa qəbul olduqda tədrisimizi davam etdirəcəyik. Təbii ki, bu ixtisas seçimində iştirak edə bilərlər.

 

Ümumi balı 50-dən, Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər ikinci turda iştirak edə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə isə toplanılan 40 bal kifayət edir.


DİM-in Gəncə Regional bölməsinin müdiri Nəsimi Məmmədov: İxtisas seçimi müsabiqə şərtlərini ödəyən abuturiyentlər verilən müddətdə ixtisasını seçib təstiq etdirə bilərlər. Yaxın bir müddətdə DİM tərəfindən ixtisas seçimi başa çatdıqdan sonra nəticələr elan olunduqdan sonra verilən müddətdə qəbul olan abuturiyentlər qeydiyyatdan keçib lazım olan sənədlərini orta ixtisas təhsil müəsisələrinə təqdim edib tələbə adını qazana bilərlər.
 

İxtisas seçimi oktyabırın  2-dək  in­ter­net vasitəsilə həyata keçirilir.


Elnur Vahidoğlu