• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1768
— 10.04.2021 16:32

Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının nümayəndəsi ilə görüşüb

KepezTV Player

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun arasında görüş keçirilib. Hacıyev Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb. Qeyd edib ki, 44 günlük müharibə zamanı qardaş ölkənin media orqanları Azərbaycanın haqq səsini dünyaya çatdırmaq istiqamətində böyük işlər görüb və bu, yüksək qiymətləndirilir.