Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.02.2026 12:03

Azərbaycanın iki boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Stranca” beynəlxalq turnirinə uğurla başlayıblar.50 kiloqram çəki dərəcəsində çıxış edən Bilalhəbaşi Nəzərov 1/8 finalda irlandiyalı rəqibini məğlub edib. Növbəti döyüşünü fevralın 27-də Ermənistan boksçusu Rudolf Qarboyana qarşı keçirəcək.60 kiloqram çəki dərəcəsində boksçu Məhəmmədəli Aşırəliyev də italyan rəqibi üzərində qələbə qazanıb. Növbəti qarşılaşma fevralın 25-də Misirdən olan Yazal Hussam Seyfellə olacaq.