Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.03.2026 15:46

Azərbaycan və Rusiyanın Baş nazirləri qarşılıqlı əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər

Baş nazir Əli Əsədov ilə Rusiyanın hökumət sədri Mixail Mişustin arasında telefon danışığı olub.Azərbaycan–Rusiya arasında ticari-iqtisadi əməkdaşlığın aktual məsələləri müzakirə edilib. Ticarət dövriyyəsində müsbət dinamika qeyd olunub, qarşılıqlı maraq doğuran sahələrdə birgə layihələrə baxılıb.Rusiya tərəfi mürəkkəb regional vəziyyət fonunda vətəndaşlarının İrandan operativ təxliyəsinə görə Azərbaycana təşəkkür edib.Tərəflər aprel ayında Azərbaycanda İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi barədə razılığın əldə olunduğunu vurğulayıblar.Əli Əsədov Mixail Mişustini 60 illik yubileyi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.