Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.04.2026 10:35

Gəncədə və Beyləqanda yol qəzaları baş verib

Gəncədə hərəkətdə olan “Chevrolet” və “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1953-cü il təvəllüdlü M.Məmmədov hadisə yerində həyatını itirib.Bir nəfər yaralanıb.Gəncədə baş verən digər qəza zamanı hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2013-cü il təvəllüdlü A.Məmmədovu  vuraraq xəstəxanalıq edib. Beyləqanda isə iki “VAZ-2107” və bir “VAZ-2106” markalı avtomobil toqquşub, nəticədə avtomobillərdən birində olan 1990-cı il təvəllüdlü kişi sərnişin xəsarət alıb.Faktlarla bağlı araşdırma aparılır.