• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1180
— 19.06.2024 14:55

"Üzbəüz" layihəsinin növbəti qonağı Firəngiz Əlizadə olub

KepezTV Player

Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Üzbəüz" layihəsinin növbəti qonağı ilə görüş keçirilib. Budəfəki qonaq Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə olub. Görüşdə ziyalılar, mədəniyyət xadimləri və musiqiçilər iştirak ediblər. Çıxış edənlər bəstəkarın  həyat və yaradıcılığından söhbət açıb. Firəngiz Əlizadənin, dünya musiqiçilərinin repertuarına daxil olunan əsərlərinə diqqət çəkiblər. Onun klassik zəmində və müasir üslubda yazdığı əsərlərinin dünya musiqi xəzinəsinin inciləri sırasına daxil olduğu bildirilib. Tədbirdə Firəngiz Əlizadədən bəhs edən videoçarx nümayiş olunub. 

Pərvin Abbaszadə