• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1190
— 14.06.2024 18:52

Prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

KepezTV Player

Qurban mərasimləri cəmiyyətimizdə milli-mənəvi birliyin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir. Bu mübarək bayram günlərində ölkəmizin hər yerində geniş xeyriyyəçilik və sosial yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Bu fikirlər prezident İlham Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik məktubunda yer alıb. Qeyd edilib ki, Bəşər mədəniyyətinə və elmi-fəlsəfi fikir xəzinəsinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının dünyagörüşünün təşəkkülündə və milli-mədəni inkişafında İslam dini mühüm mərhələ təşkil edir. Ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında mütərəqqi islami dəyərlərin rolu danılmazdır.

Azad Mustafayev