• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1560
— 18.05.2024 19:26

Dördüncülərin monitorinqi keçirilib

KepezTV Player

Bu gün bütün məktəblərin IV siniflərində monitorinqlər keçirilib. Tədris dili və riyaziyyat fənləri üzrə aparılan Monitorinq Gəncədə 45 orta məktəbdə baş tutub.  İmtahanlarda 4 mindən çox şagird iştirak edib. Məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir. Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir. Sabah da davam edəcək monitorinqlərdə ümumilikdə ölkə üzrə 300 minə yaxın şagirdin iştirakı nəzərdə tutulub.

Aişə Rzayeva