• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1177
— 17.05.2024 20:01

Belarus Prezidenti Füzuli rayonuna gəlib

KepezTV Player

Azərbaycanda dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli rayonuna gəlib. Aleksandr Lukaşenkonu Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. Belarus Prezidentinə Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları barədə məlumat verilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

Dövlət başçıları Şuşa şəhərinə səfər ediblər. Şuşada birinci yaşayış kompleksində olublar.

Prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Şuşada Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxıblar.

Prezidentlər Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib. Dövlət başçıları Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar. Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar. Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar. 

Azad Mustafayev