• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1638
— 04.05.2024 19:37

"Kəpəz" Tovuzda "Sumqayıt"la heç-heçə edib

KepezTV Player

Azərbaycan Premyer Liqasında 33-cü tura start verilib. Turun ilk oyunu Tovuzda şəhər stadionunda baş tutub. “Kəpəz” “Sumqayıt”ı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Qonaqların heyətində 80-ci dəqiqədə Cordan Rezabala fərqlənib. Gəncə təmsilçisinin bərabərlik qolunu isə 90+5-ci dəqiqədə Elçin Əlicanov vurub. “Sumqayıt” 51 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Səkkizinci olan “Kəpəz”in hesabında 35 xal var.