• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1681
— 03.05.2024 18:18

Region klublarına dəstək göstəriləcək

KepezTV Player

Futbolun İnkişaf Fondunun təşkilatçılığı ilə “Kəpəz” Futbol Akademiyasında Strateji inkişaf seminarı keçirilib. İlk dəfə regionda təşkil edilən tədbirdə “Kəpəz”, “Turan Tovuz”, “Mingəçevir”, “Karvan”, “Göygöl”, “Ağdaş” və “Şəmkir” futbol klublarının nümayəndələri iştirak edib. Fond 2024-cü ildə hazırki əməkdaşlıqları qorumaqla Premyer Liqa, 1-ci Liqa və 2-ci Liqada mübarizə aparan bütün region təmsilçilərinə dəstək göstərməyi qarşısına məqsəd qoyub. Bununla əlaqədar klublar regionlar üzrə dörd qrupa bölünüb və qarşıdakı illər ərzində onlara Strateji planlama, marketinq-kommunikasiya və gəlirlər sahələri üzrə dəstək göstəriləcək.