• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1428
— 29.04.2024 19:59

Gəncə şahmatçısı Avropa çempionu olub

KepezTV Player

Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olub. 27 yaşlı qrossmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.O, 10 qarşılaşmada 8,5 xal toplamaqla bunu bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib. Gəncə şahmat məktəbinin yetirməsi olan Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı kimi tarixə düşüb.

Azad Mustafayev