• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1467
— 27.04.2024 20:01

"Sarı-göylər" mövsümə qələbə ilə yekun vurdu

KepezTV Player

Azərbaycan Basketbol Liqasında müntəzəm çempionatın sonuncu turunun oyunları keçirilir. 18-ci turda "Gəncə" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Pley-off zonasına düşə bilməyən klubların görüşü gözlənilənlərin əksinə maraqlı alınıb. Meydana qələbə üçün motivasiyalı çıxan rəqiblər ilk dəqiqələrdən mübarizəli oyuna üstünlük veriblər. İlk iki period qonaqların üstünlüyü şəraitində keçib. Böyük fasilədən sonra Bedri Meriçin komandası matçda dönüş yaradıb. Təşəbbüsü ələ alan meydan sahibləri sonuncu periodda diktə edən tərəf olublar. Nəticədə "sarı-göylər" rəqibini 86:82 hesabı ilə məğlubiyyətə uğradıb. Oyunun ən yaxşısı "Gəncə"dən 26 xal toplayan amerikalı Donovan Filds olub.

Azad Mustafayev