• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1642
— 20.04.2024 20:09

Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib. İdmançı lentlərlə hərəkətdə həlledici mərhələdə iştirak hüququ qazanıb. O, yarışın ikinci günündə ümumilikdə 125.850 xal toplayaraq, adını ilk "səkkizliy"ə yazdırıb. Digər gimnastımız Kamilla Seyidzadə isə ümumi təsnifatda 23-cü pillədə qərarlaşıb. Zöhrə Ağamirova ötən gün halqa ilə hərəkətdə də adını finala yazdırıb. Turnirə aprelin 21-də yekun vurulacaq.