• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1182
— 19.04.2024 19:39

Tovuzun Aşağı Quşçu kəndində qadın ağır yanıq xəsarətləri alıb

KepezTV Player

Tovuzun Aşağı Quşçu kəndində qadın ağır yanıq xəsarətləri alıb. Rayon sakini 2002-ci il təvəllüldü Röyal Tağıyevin Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırdığı bildirilir. Hadisə nəticəsində şəxs saxlanılıb. Qadının bədəninin 70-80 faizinin yandığı bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin qadınla qeyri-rəsmi münasibətləri olduğu bildirilir. Cinayət işi başlanıb və faktla bağlı araşdırma aparılır.