• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2152
— 16.04.2024 17:53

Yol qəzası olub, ölən və xəsarət alan var

Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində "VAZ-2107" markalı avtomobillə "BMW" markalı minik maşını toqquşub. "VAZ-2107"nin sürücüsü, 1989-cu il təvəllüdlü İsrafil Həsənov ağır bədən xəsarətləri alaraq ölüb. "BMW"nin sükanı arxasında əyləşən 1975-ci il təvəllüdlü Rövşən Əliyev isə müxtəlif dərəcəli xəsarətlər alıb. Fakt araşdırılır.