• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2166
— 06.03.2023 12:17

Marsın səthində suyun mövcudluğuna dair yeni sübutlar aşkar edilib

Curiosity aparatı Marsda yerləşən Galle adlı kraterin mərkəzindəki Sharp adlı dağa qalxıb. Alimlər Marsın bu yerində uzaq keçmişdə gölün mövcud olduğuna dair sübutlar aşkar ediblər. Ola bilər ki, keçmişdə Marsın həmin yerində bioloji həyat növü mövcud olub. Qeyd edilmiş yerə çatmaq üçün Curiosity aparatı 800 metr hündürlüyə qalxıb. Aparat Sharp dağının 5 km hündürlükdə yerləşən pik nöqtəsinə qalxa bilmədiyi üçün qətt edilmiş 800 metr hündürlük qədim gölün izlərini aşkar etmək üçün kifayətdir. Aparat tərəfindən həmin ərazidə çəkilmiş fotolara əsasən uzaq keçmişdə dağ yamaclarından çay axıb.

Su axınları isə nəticədə qayalarda xarakterik izlər qoyublar. Bu cür izlər adətən dənizin, çayın, gölün dibində və ya sahilə yaxın böyük olmayan dərinlikdə olurlar. Milyardlarla il ərzində çöküntü süxurlar daşa çevrilərək həmin ərazidə qədim gölün mövcud olması ilə bağlı sübutları özlərində qoruyub saxlayıblar. Marsın səthində nə vaxtsa suyun olmasına işarə edən daha bir faktor sürüşmə izlərinin olmasıdır. Curiosity aparatı Sharp dağının yamaclarında iri qayalara rast gəlib. Həmin qayaların yerləşdikləri yerlər onların nə vaxtsa nəm süxur üzərində sürüşdüklərinə işarə edirlər. Onların kütlələri və yerləşdikləri yerlər onu göstərirlər ki, bütün bu geoloji proseslərin arxasında su dayanır.