• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1007
— 15.04.2024 19:22

2 məktəblinin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb

İmişlidə yetkinlik yaşına çatmayan 2 nəfər tikilinin üzərindən keçən hava elektrik xəttinə toxunmaları səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölüblər. Faktı ilə bağlı İmişli rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. 5 saylı orta məktəbin həyətində elektrik cərəyanının vurması nəticəsində 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlu və Məmmədzadə Fərhan Farid oğlu həyatlarını itiriblər. Onlar 8-ci sinif şagirdləri olub.