• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1776
— 15.04.2024 15:23

Ölümlə nəticələnən yol qəzası olub

Sabirabad rayonunda yol qəzası baş verib, nəqliyyat vasitəsinin aşması nəticəsində ölən və xəsarət alan var. Hadisə gecə saat 03 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 23-cü kilometrliyində Şəhriyar kəndi ərazisində qeydə alınıb. "Kia" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Məmmədov Sabir Bayram oğlu hadisə yerində ölüb. Xəsarət alan İsmayılova Dostu Əliyar qızı isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.