Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Ramazan bayramı ilə əlaqədar paylaşım edərək təbrikini çatdırıb.
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva da sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım edib. Paylaşımda insanların qəlbini və düşüncəsini nurlandıran, onları xoş əməllərə dəvət edən müqəddəs Ramazan ayının başa çatması münasibətilə Azərbaycan xalqı və dünya müsəlmanlarına təbrik yer alıb. "Bu mübarək bayram günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirirəm. Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Ramazan bayramınız mübarək!" deyə Mehriban Əliyeva qeyd edib.
- Baxış: 261