• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1352
— 09.04.2024 19:38

Zona yarışına vəsiqə verən şəhər birinciliyi

KepezTV Player

Gəncədə boks üzrə şəhər birinciliyi keçirilib. Yarış zona mərhələsinə vəsiqə xarakterli olub. 

Yerli Olimpiya İdman Kompleksində keçirilən yarışda yeniyetmə dəri əlcək ustaları rinqdə bacarığını göstərib. 2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsinə maraq böyük olub. Birincilikdə 17 çəki dərəcəsində 80-ə yaxın döyüşçü qalib olmağa çalışıb.

Şəhər birinciliyi qarşıdakı zona yarışı üçün önəm daşıyıb. Finala yüksələn boksçular zona birinciliyinə vəsiqə qazanıblar.

Boks üzrə zona yarışına aprelin sonu Gəncə ev sahibliyi edəcək. Həmin birincilikdə finalçılar və 3-cü yeri tutan boksçu respublika yarışında iştirak hüququ qazanacaq.

Orxan Cəfərzadə