• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2259
— 08.04.2024 19:58

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

KepezTV Player

Builki Ramazan bayramı həm də otuzillik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır. Bu barədə Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Ölkəmizin hər yerində xalqımıza xas xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir. Ümidvaram ki, bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcək”, - deyə dövlət başçısı qeyd edib.