• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1410
— 08.04.2024 17:12

Avtobusun su kanalına aşması nəticəsində 21 nəfər xəsarət alıb

Beyləqanda avtobusun su kanalına aşması nəticəsində 21 nəfər xəsarət alıb. TƏBİB-dən verilən məlumata görə, hospitalizasiya olunanlardan 19-i kişi, 2-i qadındır. 19 nəfərə bədənin müxtəlif nahiyələrin travması diaqnozu qeydə alınıb. 2 nəfər zəruri tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.