• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1873
— 06.04.2024 16:48

Ötən sutka ərzində mövqelərimiz 30 dəfə atəşə tutulub

KepezTV Player

Dünən saat 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçərin Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorusun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuzun Əlibəyli, Daşkəsənin Xoşbulaq, Kəlbəcərin Yellicə, Zəylik və Laçının Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulub.