• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1935
— 03.04.2024 19:37

Sosial yardım düzəltmək adıyla dələduzluq edən şəxs həbs edilib

Vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Xöşbəxt Quliyev Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxs zərərçəkənləri müxtəlif dövlət qurumlarında işlə təmin etmək, sosial yardım düzəltmək və digər vədlərlə aldadaraq onların pul vəsaitlərini ələ keçirib. X.Quliyev dələduzluq etdiyi şəxslərə özünü “Tuncay” adı ilə təqdim edib. Məhkəmənin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.