• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1626
— 31.03.2024 18:43

Dövlət sərhədini pozmağa cəhd edən şəxslər saxlanılıblar

“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən İrandan Azərbaycan istiqamətində 2 nəfərin hərəkəti müşahidə edilib. Sərhəd pozucularının mümkün hərəkət istiqamətləri qapadılıb. Şəxslər “Dayan!” əmrinə tabe olmayıb üzərilərindəki çantanı ataraq geriyə qaçmağa cəhd göstəriblər. Sərhəd pozucularına qarşı “Dövlət sərhədi haqqında” Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub. Nəticədə onlardan biri yaralanıb, digəri geriyə qaçıb. Yaralı sərhəd pozucusuna sərhədçilər tərəfindən ilkin tibbi yardım göstərildikdən dərhal sonra Füzuli rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Onun İran vətəndaşı Ədilli Ramazan Yusif oğlu olduğu müəyyən edilib, xidməti ərazidən 10 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Narkotiki götürmək üçün xidməti əraziyə yaxınlaşan Beyləqanın Əmirzeyidli kənd sakini 1968-ci il təvəllüdlü Atakişiyev Rasim Mustafa oğlu və Birinci Şahsevən kənd sakini 1999-cu il təvəllüdlü Abdullayev Məhəmməd Ramil oğlu da saxlanılıb. Faktla bağlı Baş Prokurorluqla birgə əməliyyat-istintaq tədbirləri davam etdirilir.