• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1322
— 30.03.2024 15:56

Növbəti köç karvanı Laçın şəhərinə çatıb

Bu gün Bakıdan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Doğma yurduna qayıdan sakinlərin qarşılanma mərasimi keçirilib. Köçürülən ailələrə evlərinin açarları təqdim olunub. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 68 nəfər, Zabux kəndinə isə 4 ailə - 11 nəfər köçürülüb. Bununla ümumilikdə Laçın şəhərində 472 ailə - 1773 nəfər məskunlaşıb. Zabux kəndinə köçürülənlərin sayı isə 819 nəfərə çatıb.