• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1180
— 09.05.2022 20:03

Moped sürücüləri üçün hansı tədbirlər görülür və nə zaman vəsiqə tələb olunacaq

KepezTV Player

Son zamanlar moped, velosiped və motosikletlərin Gəncə küçələrində sayı durmadan artıb. Xüsusən də şəhərdə fəaliyyət göstərən kafe və restoranların sifarişləri onlayn çatdırması bu nəqliyyat vasitələrinin yollarda daha çox görünməyini əsas yaradıb. Lakin belə nəqliyyat vasitələrini idarə edənlərinin əksəriyyətinin sürücülük hüququnun olmaması, eləcə də avtombillərlə eyni zolaqda hərəkət etməsi xoş olmayan halların yaranmasına səbəb olur. Mövzunu əməkdaşlarımız davam etdirir.

16 yaşdan yuxarı hər bir kəs sürücülük vəsiqəsi olmadan iş həcmi 50 kub santimetrdən çox olmayan, maksimal sürəti 50 km olan 2 və ya 3 təkərli nəqliyyat vasitələrini idarə edə bilər və burada nəqliyyat vasitəsinin dövlət qeydiyat nişanlı olması vacib deyil. Bu hal bəzi hallarda təcrübəsiz sürücülərin yola çıxmasına şərait yaradır və xoşagəlməz hallarla yol açır. Avtomobil sürücüləri bu fikirdədirlər.

Atan say arasında üstünlük təşkil edən mopedlərin idarəçiləri isə başqa fikirdədirlər. Onlar qəza vəziyyətinin yaranmasında avtomobil sürücülərini günahlandırırlar.  

Ekspertlər deyir ki, dövlət qeydiyyat nömrəsi olmayan və sürücülük vəsiqəsi tələb olunmayan moped sürücülərinin əksəriyyəti qaydalara biganə yanaşırlar. Bununda başlıca səbəbi belə sürücülərin çatdırılma xidmətini müəyyən vaxt limitində yerinə yetirməyə çalışdıqları üçün tələsmələridir.

Bəs qanynvericiliklə bu proses necə tənzimlənir? DYP əməkdaşları belə sürücülərə qarşı nə kimi cəza tədbirləri tətbiq edə bilər?

Moped sürücüləri ilə bağlı qısa zamanda qanunvericilikdə dəyişiklik olacaq. Kiçik həcmli motorlu mopedlər, elektrovelosipedlər üçün qeydiyyat nişanı tətbiq olunacaq və onlardan A1 sürücülük vəsiqəsi tələb edilə bilər.

Bəzi mopedlərdə mühərrik həcmi 50 kub santimetr olsa da onların konstruksiya sürəti 50 km-dən çox olur, bu da dövlət qeydiyat nişanı və sürücülük vəsiqəsini də bir daha labüd edir. Əlbətdə yollarda ikitəkərli nəqliyyat vasitələrinin çox olması tıxac və sıxlığın aradan qaldırılması, parklanma problemi baxımından müsbət haldır. İstənilən halda yol hərəkət iştirakçılarının qaydalara riayət etmələri qəza və təhlükədən uzaq olmaq deməkdir.

Aişə Rzayeva