• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 764
— 30.03.2024 12:12

Şagirdlər maarifləndirilib

KepezTV Player

Gəncədə fəaliyyət göstərən 26 nömrəli tam orta məktəbdə sağlam psixoloji mühitin yaradılması və qarşıda duran vəzifələr adlı tədbir keçirilib. Yığıncaqda təhsil ocağının rəhbərliyi, psixoloq, metodist və hüquqşünas tərəfindən 8-ci sinif şagirdlərinə vəzifələri, hüquqları və öhdəlikləri izah edilib. Məktəblilərin diqqətinə çatdırılıb ki, hər bir şəxs təhsil aldığı məktəbdə davranış və etika qaydalarına mütləq şəkildə əməl etməlidir. Bunun üçün hər kəs sosial məsuliyyət daşıyır. Bildirilib ki, hamı hüquq və vəzifələrini bilməli və ona riayət etməlidir. Qarşılıqlı fikir mübadiləsi formasında davam edən tədbirdə şagirdlər tərəfindən mövzu ilə bağlı verilən suallar cavablandırılıb.