• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 667
— 29.03.2024 15:35

Fəvvarələr yenidən qurulub

KepezTV Player

Gəncədə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində şəhər ərazisində olan və müasir tələblərə cavab verməyən fəvvarələr yenilənib. Heydər Əliyev Meydanında olan iki böyük fəvvarə sökülərək, müasir standartlara uyğun şəkildə inşa edilib. İşıq və musiqi effektləri ilə təchiz olunan fontanlar meydanın ümumi görünüşünə əlavə gözəllik qatır. Bununla yanaşı, Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan daha 4 fəvvarədə yenidənqurma işləri həyata keçirilib. Belə ki, “Xan bağı”nda olan 2 fontan yenilənib. Cavad xan küçəsində olan 2 fəvvarə isə əsaslı şəkildə təmir edilib.

Pərvin Abbaszadə