• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1299
— 29.03.2024 09:50

Azərbaycan boksçuları beynəlxalq turniri 21 medalla başa vurublar

"Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib. 5 gün davam edən yarışda 11 ölkənin 121 idmançısı qüvvəsini sınayıb. Azərbaycan yığması “Böyük İpək Yolu”nu 21 medalla başa vurub, 5 qızıl, 6 gümüş və 10 bürünc medalla komanda hesabında ikinci yeri tutub. Birinci yerdə Özbəkistan qərarlaşıb, “üçlüy”ü isə Qazaxıstan qapayıb. Turnirdə Şamil Əsgərov ən yaxşı boksçu, Nəsrəddin Məmmədov ən yaxşı hakim seçilib.