• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2142
— 28.03.2024 17:11

Kolleclərə qeydiyyat davam edir

 Dövlət İmtahan Mərkəzi tərəfindən gələn tədris ilin üçün orta ixtisas təhsilli müəssisələrinə 9 illik bazadan tələbə qəbulu başlayıb. Proses Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytı və sənəd qəbulu mərkəzlərində həyata keçirilir. Abutiriyentlər Şəxsi kabinetə daxil olaraq elektron ərizə formasını doldurub təsdiq etməlidirlər. 
 

DİM-in Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov:  Cari ildə təhsil alan şagirdlərin buraxılış vərəqələri təhsil aldığı təhsil müəsisələrində verilir. Ancaq əvvəlki illərin məzunları öz elektron ərizəsini təstiq edən abuturiyentlər isə imtahandan bir neçə gün qabaq DİM-in rəsmi internet səhifəsindən öz buraxılış vərəqələrini əldə edə bilərlər. Əsasən 3 fənn üzrə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanları götürülür. Ümumi orta təhsil bazasının orta ixtisas təhsil müəsisələrinə xüsusi qabiliyyət tələb edən ixtisaslar var. Həmin nəticələr elan olunduqdan sonra xüsusi qabiliyyət imtahanlarında iştirak etmək istiyən abuturiyentlər qeydiyyatdan keçə bilərlər.