• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1686
— 28.03.2024 17:02

İcma Ermənistan hökuməti və ictimaiyyətini Fransanın oyunlarına getməməyə çağırıb

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. İcmadan bildirilib ki, Fransanın “Le Figaro” qəzetində Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində yaratmış olduğu və tarixin zibil qutusuna atılmış qanunsuz rejimin tör-töküntüləri ilə müsahibə dərc edilib. Qeyd olunub ki, həmin şəxs indi yenidən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd etmək fikrinə düşüb. Sözügedən şəxs separatçı strukturların Ermənistan ərazisində fəaliyyətini davam etdirdiyini bildirib, Fransa başda olmaqla xarici gücləri regionun məsələlərinə müdaxilə etməyə çağırıb və Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə qarşı çıxıb. Sözügedən separatist ünsürlər özlərini “mühacir hökumət”, “prezident”, “nazir” kimi təqdim edir" - deyə bəyanatda vurğulanıb. Qərbi Azərbaycan İcması Ermənistandan revanşist və militarist siyasətinə son verməyi və Qərbi azərbaycanlıların öz evlərinə qayıtmasına şərait yaratmağı tələb edib.