• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1970
— 26.03.2024 16:50

"Gəncə"dən inamlı qələbə

KepezTV Player

Bu gün voleybol üzrə qadınlar arasında ölkə çempionatının XVIII turunun oyunları keçirilib. “Gəncə” doğma meydanda turnir cədvəlinin ən son pilləsində qərarlaşan UNEC-i qəbul edi. Hər 3 setdə üstün oyun nümayiş etdirən gəncəlilər rəqibi 3:0 hesabı ilə məğlub ediblər. 

Vitalina Andreyanenkova- "Gəncə"nin liberosu: “İlk öncə onu qeyd edim ki, biz rəqibin kimliyindən asılı olmayaraq hər oyuna ciddi hazırlaşırıq. Güclü və ya zəif komanda anlayışını qəbul etmirəm. Komandaların hamısı çalışırlar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Yetərincə səliqəli oynadıq. Baş məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirdik. Hamımız sevinirik. Qələbə münasibəti ilə hər kəsi təbrik edirəm. Növbəti oyunumuz “Abşeron”la olacaq. Onlarla son qarşılaşmada 5 set oynamışdıq. Dərk etmişik ki, artıq qələbə qazanmağı bacarırıq. Əlimizdən gələni etməyə çalışacağıq, döyüşəcəyik”.

Ramin Paşayev