• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 949
— 26.03.2024 16:17

4 kiloqramdan artıq heroin aşkarlanıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Sədi Cəfərov saxlanılıb. Həmin şəxsin üzərindən və rayonun Hindarx qəsəbəsindəki evindən 4 kiloqramdan artıq heroin aşkarlanıb. Dindirilmə zamanı S.Cəfərov narkotik vasitəni satış məqsədi ilə Ağcabədi rayonuna gətirdiyini bildirib. 

 Narkotikə görə 19 nəfər saxlanılıb
Bundan başqa, rayon ərazisində son bir ay ərzində keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 19 nəfər saxlanılıb. Nəticədə 5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.