• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1116
— 20.03.2024 16:07

“ASAN” xidmət və “ASAN Kommunal” mərkəzlərində martın 24-dək qeyri-iş günüdür

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində Novruz bayramı ilə əlaqədar olaraq martın 24-dək qeyri-iş günüdür. Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, martın 25-dən etibarən vətəndaşlar mərkəzlərə üz tutaraq xidmətlərdən yararlana bilərlər.