• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1243
— 20.03.2024 15:00

Azərbaycanda Novruz Bayramı qeyd edilir

KepezTV Player

Azərbaycan xalqı Novruz bayramını qeyd edir. Artıq ölkəmizə yaz fəsli gəlib və bu da o deməkdir ki, xalqımız bayram əhval-ruhiyyəsinə hazırdır. Daha bir sevindirici hal, bayramın işğaldan azad olunan ərazilərə köç edən vətəndaşlarımızın evlərində qeyd edilməsidir. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xatırladaq ki, UNESCO Novruz bayramını 2009-cu il sentyabrın 30-da qeyri-maddi mədəni irs siyahısına daxil edib.