• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1911
— 19.03.2024 19:41

Azərbaycan 2024-2026-cı illər üzrə AQEM sədri seçilib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclasında verilmiş tövsiyəyə uyğun olaraq, Müşavirənin Xarici İşlər Nazirləri Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan 2024-2026-cı illər üzrə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sədri seçilib. Sədrliyimiz çərçivəsində ölkəmizin 2024-cü ildə AQEM Xarici İşlər Nazirləri Şurasına, 2026-cı ildə isə Dövlət və Hökumət Başçılarının Şurasına ev sahibliyi etməsi nəzərdə tutulub.