• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1005
— 19.03.2024 10:38

Bayram günlərində təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq

KepezTV Player

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. TƏBİB-in açıqlamasına görə, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.