• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 841
— 16.03.2024 20:01

XI Qlobal Bakı Forumu başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumu başa çatıb. Üç gün davam edən tədbir çərçivəsində qlobal çağırışlar, dünyanı narahat edən siyasi, ekoloji, təhlükəsizlik və digər məsələlərin müzakirə olunduğu panel iclasları keçirilib. Foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Tədbirdə 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edib.