• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1015
— 16.03.2024 16:06

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə təkbətək görüşü olub

KepezTV Player

Prezident İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub. Ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.

 Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər

Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bir sıra yeni layihələrin müzakirə olunduğunu bildirib. Dövlətimizin başçısı Gürcüstan və Azərbaycanın iki müstəqil dövlət kimi daim bir-birinin yanında olduğunu, bütün dövrlərdə bir-birinin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən açıqlamalar verdiyini, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birini dəstəklədiyini deyib. Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin keçən il 15 faiz artdığını qeyd edən Prezident İlham Əliyev Azərbaycan və Gürcüstanın Avrasiya üçün önəmli ölkələrə çevrildiyi də diqqətə çatdırılıb.