• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1014
— 10.03.2024 20:09

“Qarabağ” dünya reytinqində 61-ci pilləyə yüksəlib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası klubların yeni dünya reytinqini açıqlayıb. 402 komandadan ibarət siyahıya Azərbaycanın 2 təmsilçisi düşüb. Ötən ay 70-ci yerdə qərarlaşan “Qarabağ” 61-ci pilləyə yüksəlib. Ağdam təmsilçisinin hesabında 164,75 xal var. Ağdam klubu dünya reytinqində postsovet məkanı klublarının siyahısında isə yenidən birinci pillədə qərarlaşıb. Avropada 42-ci yerə yüksələn Azərbaycan çempionu MDB klubları arasında ən yaxşı göstəriciyə malik komandadır. Ümumiyyətlə, “Qarabağ” postsovet məkanı klubları arasında ilk “100-lüy”ə düşən yeganə kollektivdir. Azərbaycanın dünya reytinqdəki digər komandası “Neftçi” isə 378-ci pilləyə qalxıb.