• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1595
— 01.03.2024 15:46

Məktəblilər üçün idman yarışı keçirilib

KepezTV Player

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar məktəblilər arasında maraqlı idman oyunları keçirilib. 28 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdlərinin iştirak etdiyi yarışda "Bənövşə oyunu" uşaqlar tərəfindən maraqla qarşılanıb. Daha sonra məktəblilərin iştirakı ilə idman və sağlamlıq barədə suallardan ibarət viktorina keçirilib. Tədbirdə fəal iştirak edən şagirdlər Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar. 

Vüqar Xəlilov- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin sektor müdiri: “Məqsədimiz uşaqlar arsında İdman Gününü təbliğ etməkdir. Bildiyimiz kimi,  5 mart - Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bunun haqqında məlumat verdik, idman sahəsində olan suallar ünvanladıq, idmanın təbliğini apardıq”.