![](http://www.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/ogurluq_3.jpg?itok=nTkY411b)
Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində “Azərsu” ASC-nin 26 saylı su nasos stansiyasında oğurluq hadisəsi baş verib. Naməlum şəxs və ya şəxslər stansiyanın pəncərəsindəki mühafizə barmaqlıqlarını qıraraq içəri daxil olub, 2 ədəd elektrik idarəolunma lövhəsini sökərək oğurlayıb. Elektrik idarəolunma löhvələrinin oğurlanması səbəbindən stansiyanın fəaliyyəti dayanıb və bu gün səhər saatlarında Əmircan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsi mümkün olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən faktla bağlı təhqiqat və araşdırma işləri həyata keçirilir.
- Baxış: 80